Universitet Ukrayna FHN-nın aparıcı ali məktəbi olub IV dərəcəli akkreditasiyaya malikdir. Bu ali məktəb Fövqəladə Hallar Nazirliyi üçün kadrlar hazırlayır, mütəxəssislərin ixtisasının artırılması ilə məşğul olur.
Universitet təkcə Ukraynada deyil, MDB çərçivəsində bu profildə ən qədim ali məktəbdir. 27 aprel 1994 il tarixdə DİN Ukraynanın Xarkov yanğınsöndürmə texniki bazasında, Ukrayna DİN-nin Xarkov yanğından müdafiə institutu yaradılmışdır. 27 iyun 2000-ci ildə ali məktəbə Akademiya statusu verilmişdir.
Ali məktəb fəaliyyət göstərdiyi illər ərizində 22 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlamışdır. Ali məktəbin məzunları təkcə Ukraynada deyil xarici və MDB ölkələrində məhşurdurlar.
Bu gün universitet Ukrayna Fövqəladə İşlər nazirliyinin güclü elmi metodik və maddi bazası olan yüksək ixtisaslı ali təhsilli kadrlar yetişdirən müasir ali məktəbdir. Hansı ki, bu mütəxəssislər Fövqəladə halların profilaktikasının və zərərli nəticələrinin aradan qaldırılmasında böyük peşəkarlıqla çalışırlar. Universitetin xarici tələbələrə təhsil vermək üçün lisenziyası var. Xarici tələbələr əyani və qiyabi formada təhsil ala bilərlər.